- 30 Mart 23:48
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) Almatı da daxil olmaqla respublikanın cənubunda bir sıra şəhər və kəndlərə təsir etmiş zəlzələ ilə əlaqədar seysmik vəziyyətə nəzarət üçün operativ qərargah yaradıb.
E-huquq.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.
"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Komandanlıq Mərkəzində seysmik vəziyyətin monitorinqi üzrə operativ qərargah yaradıb. Qazaxıstan Respublikasının fövqəladə hallar nazirinin müavini Batırbek Abdışevin sədrliyi ilə ərazi bölmələri ilə işçi görüş və videokonfrans keçirilib", - nazirliyin məlumatında deyilir.
Mətbuat xidməti vurğulayıb ki, zərərçəkənlər barədə məlumat daxil olmayıb, həyati təminat müəssisələri normal rejimdə işləyir. "Xilasetmə bölmələri lazım gələrsə, reaksiya verməyə hazırdır", - Fövqəladə Hallar Nazirliyi əmin edib.
***
07.09
Qazaxıstanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.