- 30 Mart 23:48
“Rusiya Qara dənizdə ticarət dəhlizinə nəzarəti ələ keçirməyə çalışır”.
E-huquq.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “Eurovision Nevs”a müsahibəsində deyib.
O bildirib ki, Rusiya uzun müddətdir Qara dənizdəki dəhlizə nəzarət etmir.
“Oradakı nəzarət Ukraynanın əlindədi. Biz bunun üçün mübarizə aparırıq, çünki bu, müharibənin sona çatması istiqamətində atılan addımdır”.
Zelenski qeyd edib ki, Rusiya qida dəhlizinə nəzarəti ələ keçirməyə çalışsa da Ukrayna isə buna imkan verməyəcək.
"Ümumiyyətlə, biz tam atəşkəsə hazır idik. Onlar ərzaq dəhlizinə nəzarəti ələ keçirmək istəyirlər, buna nail olmayacaqlar, biz buna tam əminik", - deyə Zelenski əlavə edib.
Humay Eminqızı