Cənubi Koreyada meşə yanğınında ölənlərin sayı 26 nəfərə çatıb


  • 27 Mart 20:02

Cənubi Koreyanın cənub-şərqində başlayan meşə yanğınlarında ölənlərin sayı 26 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki bu barədə ölkə rəsmiləri məlumat yayıb .

Yanğın zamanı Uiseong bölgəsində tarixi məbəd yanıb. Məbəddəki qiymətli əşyalar müxtəlif bölgələrə aparılıb.

Yanğınlar nəticəsində ümumilikdə 17 min hektar meşə sahəsi külə olub, 209 binaya ziyan dəyib.

Yanğının söndürülməsi üçün 5 minə yaxın canlı qüvvə və 146 helikopter cəlb edilib.

Helikopterlərdən biri yanğına müdaxilə zamanı qəzaya uğrayıb. 73 yaşındakı pilot həyatını itirib. Qəzanın təfərrüatları araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər