- 22:57
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 39 nəfər ölüb, 124 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, martın 18-də İsrailin atəşkəsi pozaraq Qəzzaya hücum etməsi nəticəsində 830 nəfər həyatını itirib, 1787 nəfəri isə yaralanıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayının 50 min 183, yaralıların sayının isə 113 min 828-ə çatıb.
Humay Eminqızı