Yaponiyada meşə yanğınları davam edir


  • 26 Mart 13:45

Yaponiyada həftə sonundan bəri davam edən meşə yanğınları nəticəsində 600 hektardan çox əraziyə ziyan dəyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Yaponiyanın Ehime əyalətində 306, Okayama əyalətində isə 310 hektardan çox ərazini məhv edib.

Qeyd edək ki, yanğın Miyazaki əyalətinə də yayılıb.

Yanğından zərər çəkmiş ərazilərdə yaşayan minlərlə insan təxliyə edilib.

Göstərilən büttün səylərə baxmayaraq yanğın yaşayış məntəqələrinə də yayılıb.

Humay Eminqızı

Oxşar xəbərlər