Danimarkada qadınlar məcburi hərbi xidmətə çağırılacaq


  • 26 Mart 12:30

Danimarkada 2026-cı ildən etibarən qadınların da məcburi hərbi xidmətə cəlb edilməsi və hərbi xidmət müddətinin uzadılması planlaşdırılır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi
məlumat yayıb.

Hazırda 4 ay olan hərbi xidmət müddəti kişilər və qadınlar üçün 11 aya çatdırılacaq.

Qeyd edək ki, Danimarka hökuməti həmçinin qarşıdakı 5 ildə müdafiə büdcəsini 6 milyard dollar artırmağı planladığını açıqayıb.

Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Michael Hildgord, ölkənin bütün döyüş gücünü səfərbər etmək zərurəti ilə əlaqədar 2026-cı ildən etibarən planların reallaşdırılacağını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər