Qəzzada ölənlərin sayı 50 144 nəfərə çatdı


  • 25 Mart 17:09

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 62 nəfər ölüb, 296 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 792 fələstinli həyatını itirib, 1663 fələstinlinin isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 50 min 144-ə, yaralıların sayı isə 113 min 704-ə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər