Cənubi Koreyada meşə yanğınları zamanı 15 min hektar əraziyə ziyan dəyib


  • 14:45

Cənubi Koreyanın Ulsan şəhərində davam edən meşə yanğınları ciddi fəsadlar törədib.

E-huquq.az xəbər verir ki, bu barədə Koreyanın Daxili İşlər Naziri müavini Ko Ki-donq məlumat verib.

O bildirib ki, yanğını söndürmək üçün əraziyə 110 helikopter, 6700 canlı qüvvə cəlb edilib.

Bölgədə yaşayan 3300-dən çox insan təxliyə edilib.

Nazir müavini qeyd edib ki, martın 21-dən davam edən yanğın 15 min hektar meşə sahəsini məhv edib.

Qeyd edək ki, bu il Cənubi Koreyada ümumilikdə 234 meşə yanğını baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər