Yeni Zelandiyada 6,7 ​​maqnitudalı baş verib


  • 25 Mart 10:38

Yeni Zelandiyanın Cənub Adasında 6,7 ​​bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xarici mənbəyə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ təxminən yerin 10 kilometr dərinlikdə baş verib.

İlkin məlumatlara görə, zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.

Vətəndaşlara çimərliklərdən və dənizdən uzaq durmaları barədə xəbərdarlıq edilib.

Humay Eminqızı

Oxşar xəbərlər