BQXK-nın Qəzzadakı ofisinə mərmi düşüb


  • 00:01

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki ofisinə mərmi düşüb. Hadisə nəticəsndə xəsarət alan olmayıb.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun yaydığı press-relizdə qeyd olunub.

"Bütün tərəflərə aydın şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, bu gün BQXK-nın Rəfahdakı ofisi partlayıcı qurğu ilə zədələnib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. BQXK onun binalarına edilən hücumu qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Oxşar xəbərlər