- 22:40
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 61 nəfər ölüb, 134 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
Qeyd edək ki, 57 nəfər İsrailin yeni hücumları nəticəsində ölüb, 4 - ü isə dağıntılar altından tapılıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 50 min 82, yaralı sayının isə 113 min 408-ə çatıb.
Humay Eminqızı