Yaponiyada meşə yanğınlarına görə 3 min insan təxliyə edilir


  • 24 Mart 13:29

Yaponiyanın Okayama və Ehime bölgələrində dünən başlayan meşə yanğınları hələ də davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın Okayamada ümumilikdə 250 hektar ərazini məhv edib. Ehime bölgəsində isə 119 hektar ərazi yanaraq kül olub.

Rəsmilər təxminən 2800 sakinin təxliyə edilməsi barədə əmr verib.

Yanğınsöndürmə işləri davam edir.

Hərbi helikopterlər meşə yanğınına havadan müdaxilə edir.

Yanğınlar nəticəsində xəsarət alan olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər