ABŞ və Rusiya arasında danışıqlar başladı


  • 24 Mart 13:08

ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bağlı qapılar arxasında danışıqlara başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, danışıqlar Ukraynada atəşkəs üzrə irəliləyiş əldə etmək məqsədi daşıyır. Rəsmi Vaşinqton əvvəlcə Qara dənizdə atəşkəslə bağlı razılaşmanı nəzərdən keçirir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Qara dənizdə təhlükəsizlik məsələsinin qaldırılacağını da söyləyib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, taxıl müqaviləsinin bərpası ilə yanaşı, Ukraynaya qarşı müharibənin dayandırılmasının digər nüansları da müzakirə olunacaq.

Humay Eminqızı

Oxşar xəbərlər