Türkiyədə ağır yol qəzasında 1 nəfər ölüb, 27 nəfər yaralanıb


  • 24 Mart 11:12

Türkiyənin Aydın vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydın-Dənizli avtomobil yolunun Bucak ərazisində sərnişin avtobusu maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Hadisə yerinə jandarma, xilasetmə və tibb qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər