Qəzza Səhiyyə Nazirliyi müharibədə 50 mindən çox fələstinlinin öldüyünü açıqladı


  • 23 Mart 19:32

2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.

E-huquq.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi teleqramda bildirib.

“2023-ci ilin oktyabrından bəri İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 50 021-ə çatıb, daha 113 274 nəfər yaralanıb”, – nazirliyin hesabatında qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində bölgədə 41 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.

Oxşar xəbərlər