- 15:35
Martın 23-nə keçən gecə Rusiya ordusu Kiyevə hücumu azı 3 nəfərin həyatına son qoyub.
E-huquq.az KGVA-ya istinadən xəbər verir ki, qurbanlar arasında uşaq da var.
Rusiyanın PUA-larının hücumu və vurulan hava hədəflərindən dağıntıların düşməsi nəticəsində paytaxtın bir sıra ərazilərinə ziyan dəyib.
Bildirilir ki, zərbələr sənaye zonasına endirilib. Həmin ərazidə yaşayış binasınında yanğın baş verib.
Yaşayış binasının 6-cı mərtəbəsindəki mənzilə (pəncərə, döşəmə və tavan) dəyən ziyan da qeydə alınıb, 6 avtomobilə ziyan dəyib.
Məlumata görə, hadisə ilə bağlı 10 nəfər yaralanıb. Ölənlər arasında ata və onun kiçik qızı da var. Rusiyanın hücumu nəticəsində yaralanan ən azyaşlı isə cəmi 11 aylıq körpədir.