- 15:35
İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
Bu barədə e-huquq.az "Haber Global"a istinadən xəbər verir.
Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.