ABŞ və Rusiya prezidentlərinin telefon danışığının detalları açıqlandı


  • 18 Mart 22:03

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, kremlin.ru saytı danışıqla bağlı təfərrüatı açıqlayıb.

Liderlər Ukrayna ətrafındakı vəziyyətlə bağlı geniş və səmimi fikir mübadiləsini davam etdiriblər. V.Putin hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq kimi nəcib məqsədə nail olmaq istəyinə görə Donald Trampa minnətdarlığını bildirib.

Məlumata görə, Rusiya lideri amerikalı tərəfdaşı ilə hərtərəfli, davamlı və uzunmüddətli nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün birgə işləməyə hazır olduğunu bəyan edib.

ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü, bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılmasının zəruriliyi və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirilib.

Oxşar xəbərlər