Çin CERES-1 raketi ilə 8 peyk buraxıb


  • 16:53

Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Yünyao-1 55, 56, 57, 58, 59 və 60 peykləri ilə AIRSAT 06 və 07 peykləri ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən buraxılıb.

Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşiblər və bu CERES-1 raketi ilə edilən17-ci uğurlu daşıma missiyası olub.

"Galactic Energy" tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan CERES-1 raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.

CERES-1 indiyədək orbitə 71 peyk çıxarıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər