- 16:53
Hindistanın Maharaştra əyalətində Quranın yandırılmasına görə iğtişaş yaşanıb.
E-huquq.az “The Hindu” qəzetinə istinadən xəbər verir ki, Maharaştra əyalətinin Naqpur şəhərində xeyli sayda insan Moğol imperiyasının hökmdarı Aurangzebin məzarının sökülməsini tələb edərək etiraz aksiyası keçirib. Etiraz zamanı Quranın yandırılması ilə bağlı şayiələr nümayişçilərlə müsəlmanlar arasında davaya səbəb olub.
Qruplar arasında gedən döyüş zamanı avtomobillər yandırılıb, bəzi evlər və iş yerləri dağılıb.
Polis rəsmiləri 12 polisin yaralandığını, 50-dən çox nümayişçinin saxlanıldığını açıqlayıb.
İctimai asayişi təmin etmək üçün polis şəhərin bəzi yerlərində komendant saatı elan edib və qadağanın növbəti xəbərdarlığa qədər qüvvədə olacağını bildiriblər.
Əyalətin baş naziri Eknath Shinde bildirib ki, polis hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə