Avstraliyada melioidoz epidemiyasından 20 nəfər ölüb


  • 16:13

Avstraliyanın Kvinslend ştatında melioidoz xəstəliyinə yoluxma halları müşahidə olunmağa davam edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər veriri ki, Avstraliya Yayım Korporasiyası (ABC) məlumat yayıb.

2024-cü ilin noyabr ayından bəri güclü yağış səbəbindən 125 yoluxma qeydə alınıb və epidemiya səbəbindən 20 nəfər ölüb.

Səlahiyyətlilər yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.

Qeyd edək ki, xəstəlik palçıq hissəciklərinin inhalyasiyası və ya çirklənmiş su ilə təmas yolu ilə ötürülür.

Humay Eminqızı

Oxşar xəbərlər