- 16:53
"Audi" avtomobil şirkəti 7 500 işçini ixtisar etməyi planlaşdırır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Belə ki, rəqabət təzyiqi və siyasi qeyri-müəyyənliklər məşhur avtomobil istehsalçısının böyük çətinliklərlə üzləşməsinə səbəb olub.
Açıqlamada, Almaniyadakı obyektlərin gələcəyə hazır və rəqabətədavamlı olmasını təmin etmək üçün Audi İdarə Heyəti və İşgüzar Şurasının belə bir qərar qəbul etdiyi bildirilib.
Beləliklə şirkət 2029-cu ilə qədər dolayı sahələrdə təqribən 7500 işçini ixtisar edəcək.
Həmçinin şirkət illik personal xərclərini 1 milyard avro azaltmağ hədəfləyib. İstehsalçı şirkət qarşdakı 4 il ərzində Almaniyadakı obyektlərinə ümumilikdə 8 milyard avro sərmayə qoyacaq.
Şəbnəm Mehdizadə