- 16:53
Hondurasda içərisində 17 nəfərin olduğu təyyarə dənizə düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Roatan qubernatoru Huqo Varela jurnalistlərə açıqlamasında bildirib.
Hondurasda 17 nəfərin olduğu kiçik təyyarənin dənizə düşməsi nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb.
Onun sözlərinə görə, Xuan Manuel Qalvez hava limanından Trujilyoya gedən təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.
Varela axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və axtarış işlərinin davam etdirdiyini bildirib.
Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb. Bu səbəbdən axtarış-xilasetmə işləri çətinləşib.
Şəbnəm Mehdizadə