- 16:53
Fransa 6 yeni Avropa təzyiqli su reaktoru (EPR) tikməyi planlayır.
E-huquq.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, dünən Nüvə Siyasəti Şurasının (CPN) dördüncü iclası olub.
İclasda artıq atom elektrik stansiyalarının mövcud olduğu Penly, Gravelines və Bugeydə 6 yeni Avropa təzyiqli su reaktorunun tikintisi qərara alınıb. Qeyd edilib, reaktorlardan birincisi 2038-ci ilə qədər istifadəyə veriləcək.
Qeyd edək ki, Fransada nüvə enerjisi ölkədə elektrik enerjisi istehsalının əsas mənbəyidir. Fransızlar elektrik ehtiyaclarının təxminən 70 faizini nüvə enerjisindən əldə edirlər.
Şəbnəm Mehdizadə