İsrailin son zərbələri nəticəsində Qəzzada 400-dən çox insan ölüb


  • 14:52

İsrailin bu səhər Qəzza zolağına etdiyi hücumlar nəticəsində 404 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hücumlarda yaralanan 562 nəfər xəstənaya aparılıb.

Dağıntılar altında hələ çox sayda insanın olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qəzzadakı hökumətin media ofisi İsrailin hava hücumları nəticəsində 4 hökumət rəsmisinin həlak olduğunu açıqlayıb.

Qeyd edilib ki, sözügedən məmurlar Hökumət İşləri üzrə Nəzarət Birliyinin rəhbəri İsam əl-Dalis, Ədliyyə Nazirliyinin müşaviri Əhməd əl-Hitte, Daxili İşlər Nazirliyinin müşaviri Mahmud Əbu Vatfe və Daxili Təhlükəsizlik Təşkilatının baş direktoru Behcet Abu Sultandır.

İsrail Baş nazirinin ofisi hücumların İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın göstərişi ilə həyata keçirildiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər