- 16:53
Türkiyənin Aydın şəhərində yaşayış evində baş verən yanğın zamanı bir ailənin 3 üzvü həlak olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazilli rayonunda baş verən yanğında ana və onun 4 və 11 yaşlı iki övladı ölüb.
Məlumata görə, mənzil Turqay Gezgin adlı yanğınsöndürənə məxsus olub. Ölənlər isə onun həyat yoldaşı və iki azyşalı övladı olub.
Hazırda yanğının səbəbləri araşdırılır.
Humay Eminqızı