Venesuela ABŞ-a səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib


  • 14:15

Venesuela hökuməti ABŞ-a gedəcək və ya bu ölkədən tranzit keçid edəcək vətəndaşlarına xəbərdarlıq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vətəndaşlara ABŞ-da qarşılaşa biləcəkləri risklər və mənfi şərtlərlə əlaqədar xəbərdarlıq edilib.

Məlumatda son aylarda ABŞ-da venesuelalılara qarşı özbaşına miqrasiya nəzarəti tədbirlərinin və təqib siyasətinin artdığı qeyd edilib: "ABŞ səlahiyyətliləri tərəfindən əsassız həbslər, əsassız deportasiyalar, əmlak və sənədlərin müsadirə edilməsi, ayrı-seçkilik və ləyaqəti alçaldan rəftar halları sənədləşdirilib. Bu hərəkətlərə insan hüquqlarının kobud şəkildə pozulması, üçüncü ölkə həbsxanalarında lazımi prosedur olmadan saxlanma və oğurluq daxildir".

Venesuela XİN ABŞ-da yaşayan və ya ABŞ-a səyahət edən venesuelalıları diqqətli olmağa çağırıb.

Humay Eminqızı

Oxşar xəbərlər