- 16:53
Türkiyənin bəzi bölgələrində güclü fırtına ilə bağlı xəbərdarlıq edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki,günorta saatlarından etibarən Qərbi Qara dəniz, Şərqi Qara dəniz, Mərmərə, Şimali Egey və Qərbi Aralıq dənizində tufan gözlənilir.
Sabah axşam saatlarından sonra fırtınanın nisbətən səngiməsi proqnozlaşdırılır.
Humay Eminqızı