- 07:31
Almaniya 2025-ci ildə Ukraynaya yardımı 3 milyard avro artırmaqla bağlı qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl deyib.
“Əsas qanunda nəzərdə tutulan təhlükəsizlik və infrastruktura investisiyalara əlavə olaraq, nəhayət, 2025-ci ildə Ukraynaya dəstək üçün daha 3 milyard avro ayırmağımız da vacibdir. Bu o deməkdir ki, Almaniya ötən il olduğu kimi, Ukraynaya 7 milyard avro yardımı davam etdirəcək”, - deyə Annalena qeyd edib.
O qeyd edib ki, martın 18-də Almaniya konstitusiyasına müdafiəni maliyyələşdirmək yardımların əhəmiyyətli dərəcədə artmasını təmin edən düzəliş ediləcək.
“Bu, Almaniyanın öz təhlükəsizliyinə, Ukraynanın təhlükəsizliyinə və Avropanın təhlükəsizliyinə ciddi yanaşdığına dair güclü bir siqnaldır...”, - deyə Berbok vurğulayıb.
Humay Eminqızı