- 07:31
Türkiyənin 24 vilayətində fırtınaya görə sarı xəbərdarlıq verilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, yaxın günlərdə ölkənin əksər vilayətlərində güclü yağış yağacaq.
Afyonkarahisar, Amasya, Ankara, Çankırı, Çorum, Dənizli, Əskişəhər, Giresun, Isparta, Kayseri, Kırşehir, Konya, Kütahya, Nevşehir, Niğde, Rize, Sivas, Tokat, Trabzon, Uşak, Karakaş, Aksaray, Yozgat vilayətlərində əhaliyə "sarı" xəbərdarlıq edilib.
Rəsmi qurumlar fırtına zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq, dəm qazından zəhərlənmə kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə çağırış edib.
Şəbnəm Mehdizadə