- 07:31
Ruanda hakimiyyəti Konqo Demokratik Respublikasındakı münaqişə ilə bağlı gərgin münasibətlər fonunda Belçika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında deyilir ki, Ruandanın qərarı bir neçə amili diqqətlə nəzərdən keçirdikdən sonra qəbul edilib ki, bunların hamısı Belçikanın öz neokolonial illuziyalarını saxlamaq cəhdləri ilə bağlıdır.
"Ruanda hakimiyyəti Belçikanın bütün diplomatlarına 48 saat ərzində respublikanı tərk etməyi əmr edib", - deyə məlumatda qeyd olunub.
Humay Eminqızı