“Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər, lakin şərtlər var”


  • 17 Mart 15:51

Ukraynada atəşi dayandırmağa və ədalətin bərqərar olmasına kömək edərsə, Qərbin Rusiyaya qarşı sanksiyaları götürülə bilər”.

E-huquq.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə müsahibəsində Ukrayna prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyib.

Vlasyuk qeyd edib ki, iqtisadi məhdudiyyətlər, embarqolar və Rusiyanın enerji resurslarının idxalına qoyulan qadağaların öz məqsədləri var ki, bu da Rusiyanı təcavüzü dayandırmağa sövq edə və onları davamlı sülh sazişi bağlamağa məcbur edə bilər.

“İndi hansı növ sanksiyaların yumşaldılmasının barədə danışmaq tezdir. Biz indi əmin olmaq istəyirik ki, Rusiya əvvəlcə bu istiqamətdə mühüm addımlar atacaq, sonra isə sanksiyaların ləğvindən danışa bilərik. Biz artıq görürük ki, ruslar bu sanksiyaların, heç olmasa, bəzilərinin götürülməli olub-olmaması sualını qaldırmağa çalışırlar ki, bu da bizə hansı sanksiyaların ən ağrılı olduğunu daha yaxşı anlamağa imkan verir. Nəyin ən ağrılı olduğunu bilmək həmişə faydalıdır və biz bu rıçaqdan ağıllı şəkildə istifadə etməliyik”, - deyə o vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər