"Google"dan növbəti yenilik


  • 17 Mart 15:56

"Google" şirkəti süni intellekt dəstəkli söhbət botunu yeniləyib.

E-huquq.az xəbər verir ki, şirkət istifadəçinin axtarış tarixçəsinə daxil olaraq daha konkret və dəqiq təkliflər təqdim etməyi hədəfləyir.

Məhsul Direktoru Dave Citron bildirib ki, yenilənmiş söhbət botu insanı anlayan şəxsi köməkçiyə çevrilir.

Şirkət həmçinin istifadəçi məxfiliyinin prioritet olmağa davam edəcəyini açıqlayıb.

Belə ki, axtarış tarixçəsinə və ya digər tətbiqlərə daxil olmadan əvvəl istifadəçidən icazə istəniləcək.

İstifadəçilər istədikləri zaman bu əlaqəni kəsə biləcəklər.

Fərdiləşdirilmiş süni intellekt modeli istifadəçinin keçmiş sorğularını təhlil edəcək və daha dəqiq , uyğunlaşdırılmış cavablar verəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər