- 07:31
Türkiyənin İstanbul şəhərində saxta spirtli içki şatışına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Jandarma Komandanlığı tərəfindən 10 ayrı ünvanda əməliyyat keçirilib.
Saxta spirt istehsalçılarını hədəf alan əməliyyatda 10 şübhəli şəxs saxlanılıb.
Axtarışlar zamanı 18 min litr etil spirti, saxta və qaçaq spirt və spirtli içkilərin istehsalında istifadə edilən çoxlu sayda material ələ keçirilib.
Şəbnəm Mehdizadə