Zelenski Ukrayna Silahlı Qüvvələrinin başqa dövlətlərə göndərilməsi haqqında qanunu imzalayıb


  • 17 Mart 12:50

Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyət dövründə prezidentin Ukrayna Silahlı Qüvvələrinin hissələrini başqa dövlətlərə göndərmək haqqında qanunu imzalayıb.

E-huquq.az “TACC”a istinadən xəbər verir ki, sənədə əsasən, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin bölmələri milli təhlükəsizliyin və müdafiənin təmin edilməsi, Ukraynaya qarşı silahlı təcavüzün dəf edilməsi və qarşısının alınması, onun suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlətlərə göndərilə və bu dövlətlərin ərazisində qala bilər.

Qeyd edək ki, hərbi vəziyyət dövründə Ukrayna Silahlı Qüvvələrinin hissələrinin digər dövlətlərə göndərilməsi barədə qərar prezident tərəfindən eyni vaxtda Radaya təsdiq üçün qanun layihəsi təqdim edilməklə qəbul edilir. Dövlət başçısı qanun layihəsi ilə yanaşı, vəzifələr, bölmələrin ümumi sayı, onların silah və hərbi texnikasının növləri və tərkibi, tabeliyi, qalma müddəti barədə məlumat verir.

Humay Eminqızı

Oxşar xəbərlər