Türkiyədə hakim yaşadığı evdə ölü tapılıb


  • 17 Mart 12:14

Türkiyədə hakim yaşadığı evdə ölü tapılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın Çankaya bölgəsində rayon məhkəməsinin hakimi Nazım Bal evinin hamamında asılmış vəziyyətdə tapılıb.

Hakimdən xəbər ala bilməyən yaxınları polisə məlumat verib.

Evə daxil olan polis və tibb qrupları onun meyitini vanna otağında tapıblar.

Hakimin həyat yoldaşı yoldaşının yuxu problemi olduğunu söyləyib. O, hadisə zamanı ərinin evdə tək olduğunu bildirib.

Hakimlər və Prokurorlar Şurasının dairə sədri Halil Koç hakimin ailəsinə başsağlığı verib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər