- 07:31
ABŞ-ın Nyu-York şəhərində naməlum şəxs bir nəfəri yandırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bazar günü səhər saat 04:00 radələrində, Tayms Meydanında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxs zərərçəkmişin üstünə yanıcı maddə tökərək onu yandırıb.
Yaxınlıqdakı şəxs yanğınsöndürənlə alovu söndürüb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun vəziyyəti stabildir.
Polis hücumun təsadüfi və ya məqsədyönlü olmasını araşdırır.
Hadisə yerindən qaçan hücumçunun axtarışı davam edir.
Nyu-York meri Erik Adams şəhərdə cinayət hadisələrinin azaldığını iddia etsə də, ictimai təhlükəsizliklə bağlı narahatlıqlar davam edir.
Təhlükəsizlik məsələsinin builki seçkilərdə ən mühüm müzakirə mövzularından biri olacağı gözlənilir.
Şəbnəm Mehdizadə