ABŞ-də əhaliyə daşqınlarla bağlı xəbərdarlıq edildi


  • 17 Mart 11:37

ABŞ-də şiddətli fırtınalar zamanı 33 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin əksər hissəsinə, xüsusilə Texas, Missuri, Oklahoma, Missisipi və Alabama ştatlarına ziyan vurub.

Minlərlə insan fırtınada evsiz qalıb.

29 nəfər yaralı halda xəstəxanaya yerləşdirilib.

Ölənlərin sayı 33-ə çatıb.

Belə ki, Missuri ştatında 12, Missippidə 6, Kanzasda 8, Arkanzas və Texasda hər birində 3, Oklahomada isə 1 nəfər ölüb.

Əhaliyə daşqınlar barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər