- 07:31
Misirdə 3500 il əvvələ aid firon məzarı aşkarlanıb
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirin Turizm və Tarix Əsərləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, Pensilvaniya Universitetinin arxeoloji qrupu bydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid bir məzar aşkar edib.
Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup isə cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib.
Bu məzarın eramızdan əvvəl 1700-1600-cü illərə aid olduğu ehtimal edilir.
Bənəvitdəki dulusçuluq emalatxanasının isə bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri oluduğu bildirilib.
Şəbnəm Mehdizadə