- 07:31
Sakit Okean sahillərində yoxa çıxan perulu balıqçı 95 gün sonra tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Perunun cənubundakı Marcona sahilindən balıq tutmağa gedən balıqçı Maximo Napa Castroya itkin düşüb.
3 aydır axtarılan şəxs Ekvadorlu balıqçılar tərəfindən xilas edilib.
O, 95 gün ərzində yağış suyunu içərək və tısbağa, quş, böcək kimi canlıları yeyərək sağ qaldığını bildirib.
Şəbnəm Mehdizadə