Panamada transformator partlayıb, ölkənin əksər hissəsində elektrik enerjisi kəsilib


  • 17 Mart 10:54

Panamada transformatorun partlaması nəticəsində ölkənin əksər hissəsində elektrik enerjisi kəsilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Panamanın La Çorrera şəhərindəki Pan Am Elektrik Stansiyasında transformatorda partlayaış baş verib.

Panama prezidenti Xose Raul Mulino elektrik stansiyasına dəyən ziyanın böyük olduğunu bildirib.

Milli İctimai Xidmətlər Təşkilatının (ASEP) direktoru Zelmar Rodriguez Crespo qrupların problemi həll etmək üçün gərgin səy göstərdiyini deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər