Taylandda gəmidə yanğın olub, turist itkin düşüb


  • 17 Mart 10:48

Taylandda dalğıc gəmisində güclü yanğın baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandın məşhur dalğıc yerlərindən biri olan Koh Tao adasının sahillərində turistləri daşıyan dalğıc gəmisində yerli vaxtla saat 09:25- başlayıb. Gəmidə 15 turist, 2 ekipaj üzvü və 4 dalğıc təlimatçısı olub. Qayıqda olan şəxslər xilas edilib. Lakin Britaniyalı turist Aleksandra Klark yanğın zamanı itkin düşüb.

Tayland Dəniz Təhlükəsizliyi Komandanlığının kapitanı Nattaphon Sinpoonphon yanğının qayığın Koh Taodan 5-6 dəniz mili uzaqlıqda olduğu zaman başladığını və sürətlə yayıldığını açıqlayıb.
O bildirib ki, yanğına nəyin səbəb olduğu hələ aydın deyil və ətraflı araşdırma başlanıb. Kapitan güclü külək və axınların axtarış işlərini çətinləşdirdiyini söyləyib.

İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı açıqlmada yerli hakimiyyət orqanları ilə yaxın təmasda olduqları bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər