- 07:31
Türkiyənin Artvin vilayətində torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çmalık məhəlləsində yamacdan qopan torpaq kütləsi avtomobil yolunun böyük bir hissəsini tamamilə bağlayıb.
Yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bölgəyə AFAD, jandarma və bələdiyyə qrupları cəlb edilib.
Sürüşmə nəticəsində 2 evə ziyan dəyib.
Şəbnəm Mehdizadə