Ərzurumda yaşayış binasında güclü yanğın, sakinlər təxliyə edildi


  • 17 Mart 10:20

Türkiyənin Ərzurum şəhərində yaşayış binasında yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzurumun Yakutiye rayonunda yerləşən 4 mərtəbəli yaşayış binasında naməlum səbəbdən yanğın baş verib.

Hadisə nəticəsində 10 nəfər tüstüdən zərərçəkib.

Hadisə yerinə Ərzurum Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları, yanğınsöndürənlər və polis göndərilib.

Yanğın qısa müddətdə söndürülüb.

Bina sakinləri eyvan və pəncərələrdən təxliyə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər