- 15 Mart 20:17
Hamımız fanatizm, ksenofobiya və ayrı-seçkiliyə qarşı səsimizi ucaltmalıyıq.
E-huquq.az xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş martın 15-də “Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü” ilə bağlı videomüraciətində deyib.
“Dünya müsəlmanları müqəddəs Ramazan ayını qeyd edərkən, bir çoxları bunu ayrıseçkilik, təcrid və hətta zorakılıq qorxusu altında edir. Biz insan hüquqları və ləyaqətini pozan irqi ayrıseçkilikdən tutmuş fərdlər və ibadət yerlərinə qarşı açıq zorakılığa qədər anti-müsəlman təəssübkeşliyinin narahatedici yüksəlişinin şahidi oluruq. Bu, genişmiqyaslı dözümsüzlük bəlası və ekstremist ideologiyalarla dini qruplara və cəmiyyətlərin müdafiəsiz qruplarına hücumların bir hissəsidir”.
Quterreş qeyd edib ki, bir qrupa hücum edildikdə hər kəsin hüquq və azadlıqları risk altında olur:
“Qlobal birlik olaraq təəssübkeşliyi rədd etməli və aradan qaldırmalıyıq. Hökumətlər ictimai harmoniyanı təşviq etməli və dini etiqad azadlığını qorumalıdır. Onlayn platformalar nifrət nitqinin və təcavüzün qarşısını almalıdır”.