Tramp İŞİD liderinin öldürüldüyünü bildirdi


  • 15 Mart 08:59

ABŞ Prezidenti Donald Tramp İraqda "İslam Dövləti" qruplaşması liderlərindən birinin məhv edildiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, o, bu barədə Truth Social-da yazıb.

Prezident bildirib: “Bu gün İŞİD-in İraqdakı fərari lideri cəsur əsgərlərimiz tərəfindən öldürülüb".

O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti və İraq Kürdüstanının hakimiyyət orqanları ilə koordinasiya əsasında həyata keçirilib.

Martın 14-də İraqın Baş naziri və ali baş komandanı Məhəmməd əs-Sudani "İslam Dövləti"nin Əbu Xədicə ləqəbli liderlərindən birinin zərərsizləşdirildiyini elan edib. Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.

Oxşar xəbərlər