Tbilisinin mərkəzində iş adamı qətlə yetirildi


  • 07:25

Ötən gecə Tbilisidə qətl hadisəsi törədilib.

E-huquq.az xəbər verir ki, şəhərin mərkəzi Çavçavadze prospektində 58 yaşlı kişi maşından açılan atəş nəticəsində ölüb.

Onu müşayiət edən 50 yaşlı şəxs isə ayağından yaralanıb. O, xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisə yerində 10-a yaxın atəş səsi eşidilib. Onlar qatili görmədiklərini qeyd ediblər.

Qətlə yetirilmiş şəxsin Tbilisinin Vake rayonunda qohumunun dəfn mərasimində iştirak etdiyi bildirilir. Qohumlarının sözlərinə görə, o, Moskvada bizneslə məşğul olub və işi ilə bağlı hər hansı problemi barədə eşitməyiblər.

Faktla bağlı iki – “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri üzrə istintaq aparılır.

Oxşar xəbərlər