- 14 Mart 21:44
“Putin atəşkəs istəmir. Əksinə, müharibəni davam etdirməyə çalışır”.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat verib.
Ukraynanın dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına sərt ittihamlar səsləndirib: “Putin atəşkəs razılaşmasını əngəlləməyə çalışır. Onun bəyanatlarını eşitdik. Qəbulolumaz şərtlər irəli sürür. Ona müharibə lazımdır. Bu, göz qabağındadır”.
Zelenski Rusiya Prezidentini yalan danışmaqda da günahlandırıb: “Putin müharibədəki real vəziyyət barədə yalan danışır. Onun irəli sürdüyü şərtlər sülh danışqılarına mane olmaq cəhdidir”.