- 14 Mart 19:57
Pakistanın Hayber Paxtunxva əyalətində məscidə edilən bombalı hücumda 4 nəfər yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar arasında Camiat əl-İslami Üləmanın (JUI-F) regional sədri Abdullah Nadim də olub.
"Dawn" qəzetinin məlumatına görə, polis məmuru Asif Bahadır vilayətin Cənubi Vəziristan rayonunda Mövlana Əbdül Əziz məscidinin minbərində gizlədilən əldəqayırma partlayıcı qurğunun partladığını bildirib.
O, yaralıların Regional Mərkəzi Xəstəxanaya aparıldığını bildirib.
Bahadır hücumla bağlı istintaq başladıldığını bildirib.
Şəbnəm Mehdizadə