ABŞ Poçt Xidməti 10 min işçini ixtisar edəcək


  • 15:16

ABŞ-nin Poçt Xidməti (USPS) agentlikdə səmərəliliyi artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq çərçivəsində 10 000 nəfəri ixtisar etməyi planlaşdırır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki,USPS sədri Louis DeCoy poçt xidmətlərində səmərəliliyi artırmaq üçün DOGE ilə işləyəcəyini açıqlayıb.

O, USPS-nin pensiya fondlarından işçilərin təzminatlarına qədər bir çox xərclərinin səhv idarə olunduğunu və DOGE komandasının bu problemlər qarşısında agentliyə səmərəliliyini artırmağa kömək edəcəyini söyləyib.

Bu çərçivədə DeCoy könüllü erkən pensiya proqramı vasitəsilə 30 gün ərzində 10 000 işçini işdən çıxarmağı planlaşdırır.

USPS-də malların şəhərdən kənd yerlərinə çatdırılmasına cavabdeh olan təxminən 640 000 işçi çalışır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra DOGE vasitəsilə federal qurumlarda çalışan minlərlə insanı işdən çıxarıb. Xüsusən də yeni işə başlayanları hatə edən kütləvi ixtisarlar nəticəsində ölkə daxilində bir çox həmkarlar ittifaqları və təşkilatlar Tramp hökumətinə qarşı məhkəmə iddiaları qaldırdılar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər